“Neftçi” klubu daha bir futbolçu transfer edib
“Neftçi” klubu yeni transferini reallaşdırıb.

Azsport.az klubun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, paytaxt təmsilçisinin Moldovanın “Şerif” klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. Otuz iki yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Petru Raku Moldova milli komandasının üzvüdür.

Xəbər 762 dəfə oxundu.