Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib
Həndbol üzrə ölkə çempionatında növbəti görüş keçirilib.

Azsport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, “ABU Arena”da baş tutan qadınların mübarizəsində “Qarabağ” və “Gənclər Birliyi” komandaları üz-üzə gəliblər.

Qarşılaşma “Qarabağ”ın 35:20 hesablı qələbəsi ilə başa çatıb.

Fevralın 16-da çempionat çərçivəsində “Azəryol”-“İdman Akademiyası” və “Qarabağ”–“Azərsu” oyunları keçiriləcək.

Xəbər 117 dəfə oxundu.