Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib
13-15 fevral tarixlərində Astara rayon Gənclər və İdman İdarəsinin 2019-cu il I yarımillik tədbirlər planına əsasən Astara rayon Gənclər və İdman İdarəsi və Astara rayon Təhsil Şöbəsinin birgə təstiq etdiyi əsasnaməyə uyğun olaraq Astara şəhər 2 saylı tam orta məktəbin idman zalında Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə 2005-2007-ci il təvəllüdlü məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Ümumlikdə 8 komandanın iştirakı ilə keçirilən yarışda Kijəbə məktəbinin komandası Astara şəhər 2 saylı tam orta məktəbin komandasına 3-1 qalib gələrək birinci yerə layiq görülüb.

Sonda qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1122 dəfə oxundu.