“Aeroflot Open” beynəlxalq şahmat festivalında təmsilçilərimiz də mübarizə aparacaqlar
Fevralın 19-da Moskvada şahmat üzrə “Aeroflot Open” beynəlxalq festivalı start götürəcək.

94 oyunçunun (70 qrossmeyster) mübarizə aparacağı yarışların “A” turnirində qrossmeysterlərimiz Rauf Məmmədov və Eltac Səfərli də çıxış edəcəklər.

122 şahmatçının (onlardan 22-si qrossmeysterdir) qatılacağı “B” turnirində Azərbaycan çempionu Məhəmməd Muradlı ilə yanaşı, Vüqar Əsədli, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Read Səmədov da yarışacaqlar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan festivala fevralın 27-də yekun vurulacaq.

Xəbər 778 dəfə oxundu.