“Səbail” klubu daha bir legioner futbolçu ilə anlaşıb
Bakının “Səbail” klubu daha bir legioner futbolçu ilə anlaşıb.

Azsport.az kluba istinadla xəbər verir ki, komanda heyətinə cəlb olunan argentinalı İriberri İmanol ilə 2019-cu il mayın 31-dək müqavilə imzalayıb.

Hücumçu 2006-2009-cu illərdə Argentinanın “Atletiko Aldosivi”, 2009-cu ildə “Alvarado”, 2010-2012-ci ildə “Independiente” (Paraqvay), 2012-2013-cü ildə “Sportivo Carapegua”, 2013-cü ildə Deportes Tolima (Kolumbiya), 2013-2014-cü ildə “Estudiantes de Merida”, 2014-2015-ci ildə “Deportivo La Guaira” (Venesuela), 2015-2016-cı ildə “Wilstermann” (Boliviya), 2016-cı ildə “Boavişta” (Portuqaliya), 2016-2017-ci ildə “Crucero del Norte” (Argentina), 2017-ci ildə “Mineros” (Venesuela), 2017-2018-ci ildə “Sport Boys” (Peru), 2018-ci ildə isə “Deportivo La Guaira” (Venesuela) klublarında çıxış edib.

Xəbər 801 dəfə oxundu.