Ramilə Yusubova da olimpiadaya yerini sığortaladı
Rusiyanın Çelyabinsk şəhərində cüdoçular arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, artıq 2 gün arxada qalıb. Bu mübarizələrdə medal olmasa da, olimpiya reytinqində qənaətbəxş mövqelərdə olan təmsilçilərimiz xallarını daha yaxşılaşdırıblar.

Bu gün cüdoçularımızdan yalnız Ramilə Yusubovanın (63 kq) çıxışı yadda qalan olub. O, 5-ci yeri tutaraq, London-2012-yə vəsiqəni əməli olaraq qazanıb. Xanım idmançımız hazırda 528 xalla olimpiya sıralamasında 11-ci pillədədir. Qadınların reytinqində ilk 14 yeri tutanlar oyunlarda iştirak etmək hüququna yiyələnəcək.

2004-cü ildən bu yana milli komandamız qitə çempionatlarında medal əldə etdiyindən, sabahkı gündə tatami ustalarımızdan azarkeşlər qələbə gözləyirldər. Susqunluq olarsa, bu, böyük ehtimalla, idman ictimaiyyətində nisbi uğursuzluq kimi qiymətləndiriləcək.

Xəbər 1182 dəfə oxundu.