Avropa kuboku yarışlarında dörd cüdoçumuz mübarizə aparacaq
Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçularımızın da qatılacağı Avropa kuboku yarışları keçiriləcək.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı yarışda dörd idmançı təmsil edəcək. Belə ki, qitə kubokunda cüdoçularımız Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq) və Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq.

Xəbər 834 dəfə oxundu.