Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb
Fevralın 13-də Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.

Fevralın 21-dək davam edəcək hazırlıq prosesi çərçivəsində millimiz fevralın 19-da və 21-də Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışda Vladislav Reznov (“Araz”), Niyaz Əhmədov, İqbal Pənahov (hər ikisi U-19), Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov (hər üçü “Keşlə”), Nurlan Mehdizadə, Hüseyn Qarayev (hər ikisi U-19), Kənan Əsədli (“Keşlə”), Sabir Həsənov (U-19), Ceyhun Nuriyev, Nicat Quluzadə (hər ikisi “Keşlə”), Rafael Mütəllimov, Fuad Məmmədzadə və Hüseyn Abutalıbov (hər üçü U-19) iştirak edirlər.

Xəbər 771 dəfə oxundu.