Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi başlayır
Fevralın 13-də gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 35 komanda mübarizə aparacaq.

On çəki dərəcəsi üzrə keçiriləcək yarış Boks Mərkəzində təşkil olunacaq. Birincilikdə 120 boksçu gücünü yoxlayacaq.

Altı gün davam edəcək çempionatda final döyüşləri fevralın 18-də baş tutacaq.

Xəbər 1142 dəfə oxundu.