Yeniyetmələr arasında qocyu-ryu okinava karate-do üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında qocyu-ryu okinava karate-do üzrə Bakı birinciliyi keçirilib.

Yarışda 10 klubu təmsil edən 184 karateçi (27 qız) birincilik uğrunda mübarizə aparıb.

9-11 yaşlı oğlanların fərdi iriqumi-qo üzrə kumite yarışlarında Əli Qurbanov (25 kq), Fateh Tahirov (30 kq) və Məhəmməd Orucov (35 kq) qızıl medal qazanıblar. 12-13 yaşlı idmançıların mübarizəsində Mehrab Əsgərov (35 kq) və Dilavər Həşimzadə (40 kq) fərqləniblər. 14-15 yaşlıların yarışında Mirilyas Əsgərov (40 kq), Kamran Mustafayev (45 kq), Məhəmməd Allahverdiyev (50 kq), 16-17 yaşlı idmançıların mübarizəsində isə Nurlan Piriyev (55 kq), İmran Əlizadə (60 kq) və İmran Əliyev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların yarışında Aygün Ələsgərova (9-11 yaş, 35 kq), Fatimə Tahirova (14-15 yaş, 45 kq), Aynurə Məmmədova (15-17 yaş, 50 kq) birinci olublar.

Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 779 dəfə oxundu.