“Tokio 2020” olimpiadasına həsr olunan poçt markaları ictimaiyyətə təqdim olunub
Yaponiya poçtu 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar xüsusi xatirə markalarını ictimaiyyətə təqdim edib.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu markalar “Tokio 2020” olimpiadasına həsr edilib. Oyunların embleminin, habelə “Miraytova” və “Someyti” adlı talismanların olduğu hər vərəqdə 10 marka dövriyyəyə buraxılıb. Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 920 yen və ya təqribən 14 manat olacaq. Markalarda, həmçinin tikintisi hələ davam edən yeni milli stadionun və 1964-cü ildə Tokio Olimpiadasının keçirildiyi idman obyekti də əks olunub.

Qeyd edək ki, Yaponiya poçtu bu vərəqdən bir milyon ədəd buraxacaq və martın 12-dən satışa çıxarılacaq.

Xəbər 2213 dəfə oxundu.