Latviyada gənclər kubokunda Azərbaycanın stolüstü tennisçiləri də mübarizə aparacaqlar
Fevralın 14-dən 17-dək Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə gənclər kuboku keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, yarışlarda məşqçilər Fərhad İsmayılovun və Sabina Batmanovanın rəhbərliyi ilə qızlardan Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Mehriban Dadaşova, Mərziyyə Nurmatova, Arzu Aslanova, Zemfira Mikayılova mübarizə aparacaqlar.

Oğlanların yarışında isə Azərbaycanı Emin Məmmədov, Məhəmməd İbrahim Ansari, Kənan Pənahov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn İbrahimov təmsil edəcəklər.

Xəbər 923 dəfə oxundu.