Vinq çun üzrə birinci açıq Bakı çempionatı keçiriləcək
Fevralın 16-17-də Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə birinci açıq Bakı çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil edəcəyi çempionatda uşaq və yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.

Yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən, iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək. Yarışda Federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 200-dək idmançı mübarizə aparacaq. İlk üç yeri tutacaq idmançılar martın sonunda keçiriləcək respublika çempionatında iştirak edəcəklər.


Xəbər 556 dəfə oxundu.