Formula 1 Azərbaycan Qran-Prisinə 46 ölkədən bilet alınıb
Formula 1 Azərbaycan Qran-Prisinin Bakıda təşkilinin 2023-cü ilədək uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra yarışa beynəlxalq maraq kəskin şəkildə artıb.

Bu sözləri Formula 1 yarışlarının Azərbaycanda təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.

B.Özərdim bildirib ki, müqavilənin müddətinin uzadılması yerli Formula 1 həvəskarları ilə yanaşı, xarici azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb. Belə ki, yeni müqavilə imzalandıqdan sonra satışın tempində iki dəfəyədək artım qeydə alınıb. Bu artım əsasən Rusiya və Böyük Britaniyadan olan avtoidman həvəskarları hesabına formalaşıb.

BŞH-nin rəsmisi qeyd edib ki, bilet satışları ötən illə müqayisədə daha yaxşıdır. Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım müşahidə olunur. İndiyədək 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün artaraq daha geniş coğrafiyanı əhatə edir. Hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan Qran-Prisinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də keçiriləcək.

Xəbər 127 dəfə oxundu.