Çerlidinq üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Sərhədçi” İdman Olimpiya Mərkəzində çerlidinq üzrə paytaxt kuboku yarışları keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, uşaqlar, yeniyetmələr və gənclər arasında keçən yarış çir fristayl, çir caz, çir hip hop stillərində olub.

Yarışda 250-dək idmançı mübarizə aparıb.

Qaliblər hər intizam və yaş qruplarında idmançıların yığdığı balla müəyyənləşib.

İlk üçlükdə qərarlaşan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 773 dəfə oxundu.