“Tokio 2020” medal layihəsi gözlənilən nəticəni verib
Tokio Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin “Tokio 2020” medal layihəsi martın 31-də başa çatacaq.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Tokio 2020” medal layihəçiləri istədikləri nəticəni əldə etdiklərini bildiriblər.

“Tokio 2020” Təşkilat Komitəsi medal hazırlamaq üçün köhnə mobil telefonlardan və istehlakçı elektronika məhsullarından istifadə edəcəyini bəyan edib. Bundan sonra smartfon, rəqəmsal kameralar, əl oyunları və noutbuklar da daxil olmaqla atılan və köhnəlmiş elektron cihazların toplanmasına 2017-ci ilin aprelindən başlanılıb. Komitə bu layihədən sonra 47,488 ton atılqan cihaz və 5 milyondan çox mobil telefon əldə edib. Bununla da, layihə rəhbərləri Olimpiya və Paralimpiya medallarını istehsal etmək üçün lazım olan metalları artıq bağışlanan qurğulardan istifadə edəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Tokio 2020” olimpiadası və paralimpiya medalları üçün dizayn bu ilin sonunda açıqlanacaq. Bu layihə sayəsində Tokio 2020 Təşkilat Komitəsi Olimpiya və Paralimpiya Oyunları üçün təxminən 5000 qızıl, gümüş və bürünc medal əldə edəcəyi gözlənilir.

Xəbər 961 dəfə oxundu.