Günay Məmmədzadə ölkə çempionatında növbəti qələbəsini qazanıb
Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında səkkizinci tura start veriləcək.

18 şahmatçının mübarizə apardığı çempionatda 7 turun nəticələrinə görə Günay Məmmədzadə turnir cədvəlində liderliyini davam etdirir. Ötən turda Gülnar Məmmədovanı məğlub edən G.Məmmədzadə xallarının sayını 6,5-ə çatdırıb. O, növbəti partiyanı aktivində 4 xal olan Nərmin Söyünlüyə qarşı keçirəcək.

Ölkə çempionatında G.Məmmədzadədən sonra ən yüksək nəticəni Xanım Balacayevaya göstərib - 5,5 xal. Üçüncü pillədə isə 5 xalla Gövhər Beydullayeva qərarlaşıb.

Ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.

Xəbər 819 dəfə oxundu.