Bolqarıstandakı dünya kubokunun mərhələ yarışına yekun vurulub
Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Qrupda keçirdiyi 6 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Aysel Əhədova pley-off mərhələsinə vəsiqə qazanıb. Aysel 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü pillədədir.


Xəbər 843 dəfə oxundu.