“Qarabağ” vacib məqamda Əfranı itirib
“Qarabağ” komandası mövsümün həlledici dönəmində ciddi itki ilə üzləşib. İdman.com.az saytının məlumatına görə, Ağdam klubu aparıcı yarımmüdafiəçisi Əfran İsmayılovun xidmətindən məhrum olub.

Aprelin 25-də keçirilmiş Azərbaycan kubokunun yarımfinal mərhələsində “Bakı” ilə cavab matçının 66-cı dəqiqəsində Müarəm Müaremin əvəzləyən futbolçu, matçın gedişatda zədələnib.

Sonradan onun zədəsinin ciddi olduğu müəyyənləşib.
Millimizin üzvü ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən o, mövsümün qalan oyunlarında da iştirak edə bilməyəcək.

Xəbər 909 dəfə oxundu.