Futtenis üzrə Azərbaycan Super Liqasında 12 komanda birincilik uğrunda mübarizə aparacaq
Fevralın 9-da futtenis üzrə Azərbaycan Super Liqası start götürəcək.

Çempionatda 4 qrup üzrə 12 komanda mübarizə aparacaq. Hər qrupdan ilk 2 yeri tutan kollektiv 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Artıq Super Liqanın püşkatma mərasimi də keçirilib. Püşkatmanın nəticələrinə görə, “Gənclərbirliyi”, “Meqa Hospital”, VİP birinci, “Şuşa-Qarabağ”, “Marafon”, “Asta” ikinci, “Yanq Boyz”, “Həmkar”, “Lion” üçüncü, “Alov”, “Atletiko” və “Meqa” dördüncü qrupda yer alıblar.

Marafon İdman Kompleksində keçiriləcək çempionat iki günü əhatə edəcək.

AZƏRTAC

Xəbər 458 dəfə oxundu.