Kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub
“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar müxtəlif yaş qruplarında 13 çəki dərəcəsində mübarizə aparıblar. Əllidən çox idmançının iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd həm də ölkə çempionatına yollanacaq Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.

Sonda qalib idmançılar diplomlarla mükafatlandırılıblar.

Xəbər 764 dəfə oxundu.