Fəridə Əzizovaya “Humay” mükafatı verilib
Taekvondoçu Fəridə Əzizova Müstəqil Milli-İctimai “Humay” mükafatına (“ilin müvəffəqiyyəti”) layiq görülüb. İdman.com.az saytının məlumatına görə, perspektivli taekvondoçu “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis edilən bu mükafata, son zamanlar əldə etdikləri nəaliyyətlətə görə layiq görülüb. O, həm də “Humay” mükafatının ən gənc sahiblərindən biridir. London olimpiadasına vəsiqə qazanan idmançı, bu ilin fevralında “US Open”in finalçısı və apreldə gənclər arasında dünya çempionatının qalibi olub. Fəridəni qarşıda ilin ən məsul yarışları - mayın əvvəlində Avropa çempionatı, sonra olimpiya oyunları gözləyir.

Qeyd edək ki, Müstəqil Milli-İctimai Humay Mükafatı (“ilin müvəffəqiyyəti”) “Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən 1993-cü ilin avqust ayında təsis edilib. Mükafat ilk dəfə 1994-cü ilin 19 Mart günü Novruz Bayramı ərəfəsində təltif edilib. Mükafata namizədlər Azərbaycanın yaradıcı ittifaqları və “Bakılı” cəmiyyəti tərəfindən irəli sürülür. Laureatlar Humay Akademiyası üzvləri tərəfindən müxtəlif sahələrdəki uğurlara görə müəyyən edilir.

Xəbər 1824 dəfə oxundu.