Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

Fevralın 4-də start götürən çempionatda kişilərdən ibarət komandaların yarışında “Bakı-1”, “Bakı-2” və “Bakı-3” komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıb. Qadın komandalarında yarışında isə fəxri kürsüdə “Bakı-1”, “Sumqayıt-1” və “Sumqayıt-2” komandaları yer alıb.

Qadınların qoşa yarışlarında Məryəm İmanova - Nəzakət Qarayeva, Billurə Eminova - Arzu Aslanova, Ləman Abdülhəmidova – Fidan İranpur cütlükləri qalib və mükafatçılar sırasında yer alıblar. Kişilərin qoşa yarışlarında isə Nurlan Həsənov - Xəyal Həşimli, Əliverdi Şahgəldiyev – İbrahim Ansari, Vəzir Allahverdiyev – Yusif Qafarlı ilk üçlükdə qərarlaşıblar. Qarışıq qoşa yarışlarda isə Məryəm İmanova – Əliverdi Şahgəldiyev, Emin Məmmədov – Ləman Abdülhəmidova, Vəzir Allahverdiyev və Bilurə Eminova fərqləniblər.

Çempionatda qadınların şəxsi yarışlarında Nəzakət Qarayeva qalib olub. Məryəm İmanova ikinci, Bilurə Eminova üçüncü yeri tutublar. Kişilərin şəxsi görüşlərində isə ilk yeri Xəyal Həşimli tutub. İbrahim Ansari və Sənan Əliyev sonrakı pillələrdə qərarlaşıblar.

Ölkə çempionatının bağlanış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarışların yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb, yüksək nəticə göstərən idmançıları təbrik edib.

Sonda qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının medal və mükafatları təqdim olunub.

Xəbər 872 dəfə oxundu.