Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir
Azərbaycan gimnastı Mixail Malkinin tamblinq üzrə dünya kubokunda qızıl medal qazanmaq şansı çox yüksəkdir.

Bu sözləri tamblinq üzrə milli komandamızın baş məşqçisi Adil Hüseynzadə deyib.

O bildirib ki, iki həftə ərzində idmançının tam formada olacağına ümid edirəm. Turnirdə rəqabət güclü olacaq. İdmançımızın ən güclü rəqibi isə rusiyalı atletlərdir.

Fevralın 16-17-də Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək.

Xəbər 875 dəfə oxundu.