FIDE şahmat üzrə dünya kubokunun Xantı-Mansiyskdə keçirilməsi ilə bağlı müqavilə imzalayıb
FIDE və Uğra Şahmat Federasiyası dünya kubokunun 2019-cu ildə Xantı-Mansiyskdə keçirilməsi ilə bağlı müqavilə imzalayıb.

Yarışın mükafat fondu 1,6 milyon dollar olacaq. Müqaviləni FIDE-nin prezidenti Arkadi Dvorkoviç və Uğra Şahmat Federasiyasının rəhbəri Vasili Filipenko imzalayıblar.

Sentyabrın 9-dan 14-dək keçiriləcək dünya kubokunun finalçıları 2020-ci ildə iddiaçılar turnirində iştirak edəcəklər.

Xəbər 772 dəfə oxundu.