Elvin Yunuszadə həftənin ən yaxşı futbolçusu seçilib
Fevralın 6-da Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu müəyyənləşib.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XV turunun ən yaxşı futbolçusu “Səbail”in oyunçusu Elvin Yunuszadə seçilib. O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına vurduğu bir qolla yadda qalıb. Araşdırmalara əsasən, Elvin Yunuszadə turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, Elvin Yunuszadə XV turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Xəbər 782 dəfə oxundu.