Tokio 2020-də ikiqat Olimpiya çempionu Jinqyu Vu karyerasına geri dönəcək
Pekin 2008 və London 2012 olimpiadalarında qızıl medal qazanan çinli taekvondoçu Jinqyu Vu yenidən idmana qayıdacaq.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı idmançı Rio 2016 olimpiadasında təsəlliverici görüşdə əvvəlcə serbiyalı Tiyana Boqdanoviçə, sonra isə taekvondoçumuz Patimat Abakarovaya məğlub olub. Bu məğlubiyyətlərdən sonra o, heç bir yarışmada iştirak etməyib və Pekin İdman Universitetində müəllim kimi işləməyə başlayıb. Təqaüdə çıxdığını heç vaxt rəsmən elan etməyən idmançını BOK-un prezidenti Tomas Bax yenidən Tokio 2020 olimpiadasında rəqabət aparmağa çağırıb. O, isə cavabında Tomas Baxa “Məğlub olmağım mənim üçün nə qədər çətin olduğunu belə xəyal edə bilməzsiniz”. -deyib

Qeyd edək ki, Çin Taekvondo Fan Klubu Vunun karyerasına döndüyünü rəsmən elan edib.


Xəbər 2004 dəfə oxundu.