Millimizin Türkiyə yığması ilə oyun üçün heyəti açıqlanıb
Fevralın 13-dən 21-dək Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Millimiz hazırlıq çərçivəsində fevralın 19-da və 21-də Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimizin toplanış üçün heyəti açıqlanıb. Heyətə Vladislav Reznov (“Araz”), Niyaz Əhmədov, İqbal Pənahov (hər ikisi U-19), Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov (hər üçü “Keşlə”), Nurlan Mehdizadə, Hüseyn Qarayev (hər ikisi U-19), Kənan Əsədli (“Keşlə”), Sabir Həsənov (U-19), Ceyhun Nuriyev, Nicat Quluzadə (hər ikisi “Keşlə”), Rafael Mütəllimov, Fuad Məmmədzadə və Hüseyn Abutalıbov (hər üçü U-19) dəvət olunublar.

Xəbər 762 dəfə oxundu.