Yaponiya olimpiada zamanı kiber təhlükəsizliyindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görəcək
Yaponiya hökuməti 2020-ci il Yay Olimpiya və Paralimpiya oyunlarında milyonlarla cihazın kiber təhlükəsizliyini qiymətləndirəcək.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, olimpiadanın ev sahibi kiber təhlükəsizliyindən qorunmaq üçün qabaqlayıcı tədbirlər görməyi düşünür. İddialara görə, gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında hökumət milyonlarla vətəndaşı elektron qurğudan çıxarmağı planlaşdırır.

The Japan Times qəzetində isə yayılan məlumata görə, hökumət internetə çıxışı olan təxminən 200 milyon cihazı indidən izləməklə, oyundan qabaq kiber təhlükəsizliyini təmin etmək istəyir. Habelə, mobil istifadəçilərə pulsuz internet verən kafelərdə marşrutlaşdırıcılar kimi cihazlar nəzərdən keçiriləcək. Bu məqsədlə, Yaponiya Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutu bu ay internet router, veb-kameralar və veb ilə əlaqəli qurğulardakı çatışmazlıqları yoxlamağa başlayacaq.

Qeyd edək ki, kiber təhlükəsizlik dövlətlərin ən əhəmiyyətli müdafiə güclərindən biridir. 2018-ci ildə Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi hakerlərin hücumuna məruz qalıb.



Xəbər 944 dəfə oxundu.