“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib
Bakının “Sabah” futbol klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Əmirhüseyn Nəcəfi bundan sonra komandanın uğurları üçün çalışacaq.

İyirmi iki yaşlı qapıçı ilə 2020-ci ilin mayınadək müqavilə bağlanıb. Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.

Xəbər 765 dəfə oxundu.