Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarının vaxtı müəyyənləşib
Futbol üzrə Topaz Premyer Liqasının XVI turunun oyunlarının vaxtı müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, XVI turun oyunları iki günü əhatə edəcək.

Tura fevralın 9-da saat 16:00-da “Əlincə Arena”da “Sabah”–“Qəbələ” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Sumqayıt”–“Qarabağ” oyunu isə saat 18:30-da başlayacaq. Qarşılaşma “Kapital Bank Arena”da keçiriləcək.

İkinci günün ilk oyunu “Bakcell Arena”da baş tutacaq. Saat 14:00-da təşkil olunacaq oyunda “Neftçi” komandası “Keşlə”ni qəbul edəcək. Tura “Səbail” – “Zirə” oyunu ilə yekun vurulacaq. Həmin görüş 16:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 31 xalla ikinci, aktivində 24 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Qəbələ” (20), “Sabah” (20), “Sumqayıt” (15), “Keşlə” (12) və “Zirə” (10) qərarlaşıblar.

Xəbər 779 dəfə oxundu.