İspaniya Kral Kubokunun yarım finalında "El Classico" həyəcanı
Ispaniya Kral Kuboku uğrunda keçiriləcək final görüşlərində qarşılaşacaq komandalar məlum olub. Püşkatmanın nəticəsinə əsasən, Barselona ilə Real Madrid və Real Betis ilə Valensiya klubları üz-üzə gələcək.

Yarımfinalda ilk matçlar fevral ayının 6-da, cavab oyunları isə 27-də keçiriləcək. Çempionatdakı "El Classico" derbisində ilk oyuna Barselona, ikincisinə isə Real Madrid ev sahibliyi edəcək. Liqanın 26-cı həftəsində Real Madrid Santiago Bernabeu Stadionunda Barselonanı qəbul edəcək. Futbolsevərlər, beləcə bir aydan qısa bir müddət ərzində 3 "El Classico"matçı izləmə şansına sahib olacaqlar.

Xəbər 772 dəfə oxundu.