Millimizin oyunu israillilərin diqqətində
Mayın 30-da Frankfurtda Azərbaycan millisinin Andorra ilə keçirəcəyi yoldaşlıq oyununun israilli məşqçi də izləyəcək. İdman.com.az saytının məlumatına görə, bu qarşılaşma “ay-ulduzlular”ımızın DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsrail yığmasının da diqqət mərkəzindədir. Belə ki, Azərbaycan – Andorra oyununu izləmək üçün İsrail millisinin baş məşqçisinin köməkçisi Yossi Abuksis Frankfurta ezam olunacaq.


Xəbər 908 dəfə oxundu.