“Fəcr kuboku” festivalında Azərbaycanı iki şahmatçı təmsil edəcək
Fevralın 5-də Tehranda 27-ci “Fəcr kuboku” şahmat festivalının “Masters” turniri start götürəcək.

Turnirdə Azərbaycanı Azər Mirzəyev və Sərxan Quliyev təmsil edəcəklər.

Yarışlarda 21 ölkədən 128 şahmatçı (18 qrossmeyster) mübarizə aparacaq. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq “Masters” turnirinə fevralın 11-də yekun vurulacaq.

Xəbər 784 dəfə oxundu.