Kikboksçu Xəyal Əhmədov: Vətənə qələbə ilə qayıdacağam
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, “Tank” ləqəbli dünya çempionu Xəyal Əhmədov martın 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.

Bu barədə məlumat verən kikboksçu deyib: “Rəqibim Marsel Hoffmann təcrübəli idmançıdır. Yarışa ciddi hazırlaşıram. Bilirəm ki, məni çətin döyüş gözləyir. Vətənə qələbə ilə qayıdacağam. Azərbaycanı layiqincə təmsil etmək, müqəddəs üçrəngli bayrağımızı ucaltmaq ən böyük amalım və istəyimdir”.

Xəbər 1196 dəfə oxundu.