Azərbaycan Paralimpiya tarixində ilk dəfə qış idman növündə qızıl medal qazanılıb
Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq paralimpiyaçılarımız qış idman növü üzrə beynəlxalq turnirə qatılıblar. İdmançılarımız ilk dəfə qatıldıqları yarışda qızıl medal qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, İranda dağ xizəkçiliyi üzrə Asiya çempionatında iştirak edən idmançımız Gülnar Rəhimova ilk yarış günündə “böyük slalom” yarışlarında ən yaxşı nəticəni göstərərək birinci olub.

Çempionatın ikinci günündə isə G.Rəhimova “slalom” üzrə yarışlarda ən yaxşı nəticəni göstərib. Hər iki yarışın nəticəsinə görə, Gülnar Rəhimova iki qızıl medala layiq görülüb.

Fevralın 4-də keçirilən mükafatlandırma mərasimində idmançımıza qızıl medallar təqdim olunub.

Xəbər 805 dəfə oxundu.