Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Fevralın 7-8-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

AAAF-dan Azsport.az-a bildiriblər ki, çempionatın keçirilməsində əsas məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirməyi bacaran idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 829 dəfə oxundu.