Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
Fevralın 4-də Bakıda stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb.

Şəxsi və komanda xarakteri daşıyan çempionatda 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.

“Şüa” idman-sağlamlıq kompleksində təşkil olunan ölkə çempionatı fevralın 8-dək davam edəcək.

AZƏRTAC

Xəbər 874 dəfə oxundu.