Futzal üzrə Birinci və İkinci liqaların oyunlarına üç hakim təyin olunacaq
AFFA-nın Hakimlər Komitəsi futzal üzrə Birinci və İkinci liqaların oyunlarına 3 hakimin təyin olunması barədə qərar qəbul edib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qərar beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və futzal hakimlərinin inkişafı əsas götürülərək qəbul olunub.

Xatırladaq ki, indiyədək qeyd olunan liqalarda oyunları 2 hakim idarə edirdi.

Xəbər 643 dəfə oxundu.