Boks üzrə Azərbaycan millisi Nalçikdə yoxlama görüşləri keçirəcək
Kişi boksçulardan ibarət Azərbaycan yığması Rusiyaya yollanıb.

Vaqif Şirinovun rəhbərlik etdiyi milli komanda Nalçikdə yoxlama görüşləri keçirəcək.

Boksçularımız üç qarşılaşmada qüvvəsini sınayacaqlar. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.

Məşqçilər korpusu yoxlama döyüşlərində Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (hər ikisi 81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) şans verəcək.

Komandamız fevralın 7-də Vətənə qayıdacaq.

AZƏRTAC

Xəbər 856 dəfə oxundu.