Şahmatçımız Rauf Məmmədov dünya çempionunu məğlub edib
Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədovun da iştirak etdikləri “Gibraltar International Chess Festival 2019”un “Masters” turniri başa çatıb.

Şahmatçımız Rauf Məmmədov turniri qələbə ilə başa vurub. O, onuncu turda Ukrayna təmsilçisi ikiqat dünya çempionu Anna Muzıçuku məğlub edib.

Digər təmsilçimiz Arkadi Naydiç isə ispan David Anton Guijarroya məğlub olub. Rauf Məmmədov 7 xalla 18-ci, Arkadi Naydiç isə 6 xalla 41-ci yeri tutublar.

Turnirin qalibi 8,5 xalla rusiyalı şahmatçı Vladislav Artemiyev olub.


Xəbər 829 dəfə oxundu.