“Zirə” klubu Malavi yığmasının üzvü ilə müqavilə imzalayıb
“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Azsport.az kluba istinadla xəbər verir ki, komanda malavili Robin Nqalande ilə anlaşıb. Hücumçu ilə “6 ay+1 illik” müqavilə bağlanıb.

İyirmi altı yaşlı hücumçunun son klubu Cənubi Afrika Respubilkasının “Baroka” komandası olub. Futbolçu, həmçinin Malavi yığmasının üzvüdür.

Xəbər 759 dəfə oxundu.