Medal olmasa da, xal oldu
Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdoçular arasında Avropa çempionatının ilk günündə millimizin üzvləri medal qazanmasalar da, hesablarına müəyyən lisenziya xalları yaz biliblər. Təbii ki, bu, ən azı bir görüşdə qalib gələnlərə aiddir.

İdman.com.az saytının məlumatına görə, birinci yarış günündə tatamiyə çıxmış Orxan Səfərov (60 kq) ilk, Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi - 66 kq) və Kifayət Qasımova (57 kq) ikinci döyüşdə uduzaraq, mübarizəni dayandırıblar.
Qeyd edək ki, aprelin 28-də yekunlaşacaq qitənin ən möhtəşəm yarışında hələ 6 cüdoçumuz tatamiyə çıxacaq.

Xəbər 724 dəfə oxundu.