Millimizin Bakıda təlim-məşq toplanışı keçiriləcək
Fevralın 3-dən 10-dək Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Elvira Əsgərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova (hamısı 8 nömrəli İOEUGİM), Umnisə Əliyeva, Ləman Niftəliyeva (hər ikisi “Fidan”), Dilara Soley Deli (FSV “Qutersloh”, Almaniya), Neslihan Bozkaya, Rümeysa Akkuş, Songül Dəmirtürk (hamısı “Kemer”, Türkiyə), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Nəzrin Məmiyeva (hamısı “Keşlə”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”) və Seval Cakan ( “Essen-Şonebek”, Almaniya) dəvət olunublar.

Xəbər 783 dəfə oxundu.