“Səbail” klubu ukraynalı qapıçı ilə müqavilə imzalayıb
Bakının “Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Azsport.az kluba istinadla xəbər verir ki, ukraynalı qapıçı Oleksandr Rıbka ilə “Səbail” arasında cari mövsümün sonunadək müqavilə imzalanıb.

Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub.

Dörd dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Oleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.

Xəbər 742 dəfə oxundu.