Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq
Qadın voleybol komandaları arasında kontinental Olimpiya təsnifat turnirinə ev sahibliyi edəcək ölkələr müəyyənləşib.

Azərbaycan millisi Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Millimizin yer aldığı qrupun oyunları Braziliyada təşkil olunacaq.

Avqustun 2-4-də keçiriləcək turnirin yekununda qrupda birinci yeri tutan komanda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Xəbər 849 dəfə oxundu.