“Neftçi”nin futbolçusu Koreya klubuna transfer olunub
“Neftçi”nin futbolçusu Dario Frederiko komanda ilə Antalyada keçdiyi təlim-məşq toplanışının sonuncu günündə ona meneceri vasitəsilə başqa klubdan sərfəli təklif gəldiyini bildirib.

Azsport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, daha sonra tərəflər arasında bununla bağlı danışıqlar başlayıb. “Neftçi” klubunun tələb etdiyi təzminat Koreya Respublikasının “Daequ” klubu tərəfindən ödənildikdən sonra braziliyalı futbolçunun keçidinə icazə verilib.

Qeyd edək ki, Dario Frederiko bu mövsüm “Neftçi”nin heyətində 17 oyunda meydana çıxıb və 3 qolla yadda qalıb.

Xəbər 993 dəfə oxundu.