Qadın güləşçilərimiz Fransada güclərini sınayacaqlar
Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya yığması ilə birgə təlim-məşq toplanışı keçən qadın güləşçilərdən ibarət Azərbaycan millisi 2019-cu ildə ilk yarışına çıxacaq.

Fevralın 1-3-də Fransanın Nitsa şəhərində keçiriləcək Qran-Pri turnirində ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə ədaləti qoruyacaq.

Xəbər 802 dəfə oxundu.