Yaşar Əliyev və Xetaq Qazyumov üçün şans
Aprelin 27-dən 29-dək Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, qaydalara əsasən hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Məşqçisi Elman Əsgərovun rəhbərliyi ilə sərbəst güləş yığmamız 55 və 96 kq çəkidə vəsiqə lisenziya uğrunda yarışır. Püşkatmanın nəticələrindən sonra, pəhləvanlarımızın ilk rəqibləri bəllidir:
55 kq
1/16 final - Tumur Davaakhuyag (MGL) - Yashar Aliyev (AZE)
96 kq
1/8 final –William Harth (GER) - Khetag Gazyumov (AZE)

Xəbər 1117 dəfə oxundu.