“Avro-2020” futbol çempionatı biletlərinin satışına 2019-cu il iyunun 12-də start veriləcək
2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı fəaliyyətə başlayıb.

Azsport.az saytı UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, biletlərin satışına 2019-cu il iyunun 12-də başlanılacaq.

Müraciətlərin qəbulunun müddəti 2019-cu il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq.

Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.

Xəbər 890 dəfə oxundu.